Beynəlxalq Muğam Mərkəzində bəstəkar Elmir Mirzəyevin əsərləri səsləndirilib

Tokio, 21 oktyabr , /AJMEDIA/

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib.
AJMEDIA xəbər verir ki, “Allegoria Sacra” (“Müqəddəs Allegoria”) adlı E.Mirzəyevin müəllif konsertində bəstəkarın yaradıcılığının 20 illik bir dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri yer alıb. Müəllif konserti dirijor Orxan Həşimovun rəhbərliyi ilə Cadenza orkestri və müxtəlif solistlər tərəfindən yüksək peşəkarlıqla təqdim olunub. Proqrama daxil edilən əsərlər Azərbaycan müasir bəstəkarlıq məktəbinin layiqli nümunələri sırasındakı mövcudluğunun təsdiqidir.
Xatırladaq ki, oktyabrın 26-27-də bəstəkar Elmir Mirzəyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələri təşkil olunacaq.
Qeyd edək ki, bəstəkarın 1994-2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bolqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts