Beyləqanda pambıq yığımına başlanılıb

Tokio, 18 sentyabr , /AJMEDIA/

Beyləqan rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Mövsümün ilk günündə tarlalardan 0,67 ton məhsul toplanıb.
AJMEDIA xəbər verir ki, 2022-ci ildə Beyləqan rayonunda 3200 hektarı “Azərpambıq” MMC, 4460 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 700 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında, 36,6 hektarı isə digər şirkətlər olmaqla, 8396,6 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Qeyd edək ki, 2021-ci ildə Beyləqan rayonunda 8629,5 hektar sahədə pambıq əkilib, 24 min 860,45 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,8 sentner olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts