BDU-da qan donorluğu və talassemiya xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub

Tokio, 27 noyabr , /AJMEDIA/

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə “Sağlam olaq – Donor olaq” təbliğat-təşviqat tədbiri keçirilib.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, AQDİM-in İdarə Heyətinin sədri Fuad Rəsul, qurumun sədr müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, sədrin müşaviri Kamil Hüseynov, həmçinin Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva və Talassemiya Mərkəzinin həkim-hematoloqu Zemfira Mirzəyeva mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts