Bazar günü paytaxtda hava əsasən yağmursuz keçəcək

Tokio, 22 aprel , /AJMEDIA/

Azərbaycanda aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə 18° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts