Bakının 2 rayonunda içməli suyun verilməsində məhdudiyyət yaranacaq

Tokio, 27 avqust , /AJMEDIA/

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilir.
“Azərsu” ASC-dən AJMEDIA-ya bildirilib ki, 1960-70-ci illərdə çəkilmiş bu kəmərlər uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Tbilisi prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən 160 millimetr və 500 millimetr diametrli polad magistral su kəmərləri müvafiq olaraq 160 millimetr və 400 millimetr diametrli polietilen su xətləri ilə əvəz olunur. Yeni çəkilən su kəmərlərindən məhəllədaxili şəbəkələrə birləşmələr verilir. Hazırda ərazidə təmir briqadaları və xüsusi texnika intensiv qaydada işləyir. Bununla əlaqədar avqustun 27-28-də Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts