Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq

Tokio, 18 yanvar, /AJMEDIA/

Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq.

AJMEDIA xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts