Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Tokio, 25 iyun , /AJMEDIA/

İyunun 25-də Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.
AJMEDIA xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 7 : 00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.
Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts