Bakıda Zəfər Günü münasibətilə akvarel vorkşop tədbiri keçiriləcək

Tokio, 4 noyabr , /AJMEDIA/

Noyabrın 7-də Xətai Sənət Mərkəzində “IWS Azerbaijan” və “IWS Khatai Art Center” tərəfindən “IWS Azerbaijan” akvarel cəmiyyətinin üzvü olan bir sıra rəssamlar tərəfindən Zəfər Günü münasibətilə akvarel vorkşop tədbiri keçiriləcək.
Xətai Sənət Mərkəzindən AJMEDIA-ya bildirilib ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq.
Bu tədbirdə rəssamlar akvarel texnikasında öz iş proseslərini nümayiş edəcəklər.
Akvarelist rəssamlar Azərbaycan mövzusunda əsərlər yaradacaq, bu əsərlərdə qalıb və qürurlu vətənimizin gözəl guşələrini və ənənələrini əks etdirəcəklər. Vorkşop rəssamlarımız tərəfindən Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsinə həsr edilib.
İştirakçılar akvarel əsərlərinin yaranma proseslərini izləyərək, rəssamlara suallar verməklə akvarel texnikası ilə yaxından tanış ola biləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts