Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq

Tokio, 14 avqust , /AJMEDIA/

Azərbaycanda avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts