Bakı-Şuşa-Bakı marşrutu üzrə ilk sərnişin avtobusu yola düşüb

Tokio, 24 yanvar, /AJMEDIA/

Bakıdan Şuşa şəhərinə ilk sərnişin avtobusu yola düşüb.

AJMEDIA AZƏRTAC- a istinadla xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts