Bakı Kitab Mərkəzində musiqili poeziya axşamı keçirilib

Tokio, 7 mart , /AJMEDIA/

Martın 7-də Bakı Kitab Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif duyğular” adlı musiqili poeziya axşamı keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkəmizin bütün xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında D.Şostakoviç, Q.Qarayev, T.Quliyev, R.Hacıyev kimi dahi bəstəkarların əsərləri səsləndirilib.

Qiraətçi Hüseynağa Aslanovun aparıcılığı ilə keçirilən konsertdə qadınlara ithaf olunmuş şeirlər də yer alıb.

Tədbir çərçivəsində rəssam Kənan Əliyev və heykəltəraş Namiq Hüseynovun əsərlərindən ibarət “Danışan zərif əllər” adlı sərgi təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts