Bakı Elm Olimpiadasına qeydiyyat davam edir

Tokio, 14 aprel , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçiriləcək.

Bu barədə AJMEDIA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) marağını daha da artırmaq, onların bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.

Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Birinci mərhələdə (30 aprel) iştirak edəcək komandalar aprelin 15-dək elektron qeydiyyatdan keçə bilərlər. Bu mərhələdə ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın finalına (25-26 may) vəsiqə qazanacaq.

Olimpiadanın əsasnaməsinə uyğun olaraq, I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, finalda isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.

Birinci mərhələdə test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, final mərhələsində isə hər bir qapalı tipli tapşırıq 2 bal olmaqla ümumilikdə 30 balla, açıq tipli tapşırıqlar da 30 balla qiymətləndiriləcək. Təcrübə işinin qiymətləndirilməsi isə ümumilikdə 40 ballıq sistemlə aparılır. Ən çox bal toplayan ilk 3 komanda qalib hesab olunacaq.

Qalibləri Təşkilat Komitəsi tərəfindən təyin olunan mütəxəssislərdən ibarət Ekspert qrupu müəyyənləşdirəcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin finala keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts