Bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır

Tokio, 26 iyul , /AJMEDIA/

Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 30-35° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət 55-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts