“Azıx mağarası” adlı videoçarx hazırlanıb

Tokio, 22 yanvar, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ülkər Zeynalova “Azıx mağarası” başlığı altında videoçarx hazırlayıb.

AJMEDIA xəbər verir ki, Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında təqdim edilib.

Videoçarxda qeyd edilib ki, Azıx mağarası dünyada sayı az olan qədim mağara tipli insan düşərgələrindən biridir. Aşağı Antropogen dövrünə aid yeganə çoxtəbəqəli abidədir. Azərbaycan ərazisində təqribən milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən mağara arxantropların və daha qədim adamların məskəni və emalatxanası olub.

Azıx mağarası Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürdədir. Mağarada bir-biri ilə dar keçidlərlə birləşən 6 salon var. Azıx mağarasında Aşöl dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi tapılıb (dünyada üçüncü tapıntıdır). Bu Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edib. Burada müxtəlif dövrlərə aid qalınlığı 10-14 metr olan 10 təbəqə aşkar edilib. Aşağı Paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və nadir hallarda balıq sümüyü mağaranın sakinlərinin yığıcılıqla bərabər ovçuluq və balıqçılıqla da məşğul olduqlarını sübut edib. Son qazıntılar dövründə Aşöl təbəqəsində 4 ocaq yeri üzə çıxarılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts