“Azeri Light” neftinin qiyməti 74 dollara yaxınlaşır

Tokio, 3 sentyabr, /AJMEDIA/

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AJMEDIA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,64 dollar artaraq 73,96 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts