“AzerGold” QSC Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını təbrik edib

Tokio, 8 mart , /AJMEDIA/

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Daşkəsən rayonunda qeydiyyatda olan şəhid anaları ziyarət edilib.

AJMEDIA xəbər verir ki, QSC-nin yerli əhali və icmalarla iş prioritet istiqaməti çərçivəsində təşkil edilən ziyarətin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Ziyarət zamanı şəhid anaları, həmçinin xanım vərəsələrinə Cəmiyyət adından təbrik məktubu, gül buketi və hədiyyə kartı təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts