“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 603 milyon tona yaxın neft hasil edilib

Tokio, 13 noyabr , /AJMEDIA/

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən noyabrın 1-dək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb. Bundan noyabrın 1-dək 601 milyon tonu ixraca nəql edilib.
Cari ilin 10 ayı ərzində ölkədə neftin emalı 5,1 milyon ton olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts