Azərbaycanlı deputat idmanda qadınlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb

Tokio, 14 oktyabr , /AJMEDIA/

Qadınlar həvəskar və peşəkar idmanda iştirakda və praktikada tez-tez qərəzlə üzləşirlər ki, bu da Avropa Şurasının ideallarına ziddir. Stereotiplərin davam etməsi, idmanda potensialı olan atletlər və gənc qızlar üçün dəstək sisteminin olmaması, iş və ailə öhdəliklərinin tarazlaşdırılması problemi, yenidən iş tapmaq çətinliyi, qadın idmanının mediada kifayət qədər işıqlandırılmaması və maliyyələşdirmənin məhdudluğu kimi bütün bu məsələlər ayrı-seçkiliyin nümunələridir.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun payız sessiyasında “Bərabər oyunlar: İdmanda qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması”na dair məruzənin müzakirələri zamanı qrup adından etdiyi çıxışında söyləyib.
İdmanda qadınların üzləşdiyi problemlərdən söz açan azərbaycanlı deputat bildirib ki, idmanın idarəedici orqanlarında qadınların olmaması bu sahədə gender bərabərliyinin təmin edilməsinə xüsusilə mane olur. Deputat bəzi sahələrdə hələ də qadınlara qarşı ayrı-seçkiliyin qaldığını vurğulayaraq onun səbəblərindən söz açıb. Qeyd edib ki, idman sahəsində ayrı-seçkilik xüsusilə gender rolları ilə bağlı stereotiplərlə bağlıdır. Hələ də kişilər dözümlü, güclü, qüvvətli, rəqabətqabiliyyətli kimi xüsusiyyətlərlə xarakterizə olunur, qadınlar isə zəif, kövrək hesab olunur ki, bu da düzgün deyil. Həmçinin qadınların idman nailiyyətləri mediada zəif işıqlandırılır, buna görə də görünməz qalırlar.
S.Fətəliyeva çıxışında qadın və kişi idmançılarla bağlı mövcud ayrı-seçkilikləri sadalayıb. Buna son qoyulması üçün vaxtın çatdığını qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts