Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Tokio, 17 may , /AJMEDIA/

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
AJMEDIA xəbər verir ki, səfər Azərbaycan nümayəndə heyətinin Ankaradakı Heydər Əliyev parkına gələrək Ulu Öndərimizin abidəsi önünə Səhiyyə Nazirliyi adından əklilin qoyulması ilə başlayıb. Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla anılıb.
Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbir”i də ziyarət edəcək.
Üç gün davam edəcək səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca, qardaş ölkədə çalışan həkimlərimiz, eləcə də müalicə olunan qazilərlə görüş, səhiyyə təsisatları ilə tanışlıq nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts