Azərbaycanın bu il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb

Tokio, 31 dekabr, /AJMEDIA/

Yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 12 milyon 93,3 min ton, dəyəri isə 5 milyard 772,6 milyon ABŞ dolları olub.

AJMEDIA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

On bir ayda ölkəmizdən İsrailə 780,09 milyon dollarlıq 1 milyon 530,3 min ton, Xorvatiyaya 751,2 milyon dollarlıq 1 milyon 530,6 min ton, Portuqaliyaya 587,003 milyon dollarlıq 1 milyon 160,9 min ton, Hindistana 584,1 milyon dollarlıq 1 milyon 261,3 min ton, İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Almaniyaya 463,8 milyon dollarlıq 888,3 min ton, Tunisə 411,6 milyon dollarlıq 845,7 min ton, Ukraynaya 373,4 milyon dollarlıq 848,9 min ton, Böyük Britaniyaya 312,4 milyon dollarlıq 624 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 25 milyon 537,5 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 12 milyard 285,4 milyon dollar olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts