Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Tokio, 5 fevral , /AJMEDIA/

Azərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Fevralın 6-da Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts