Azərbaycanda nağdsız ödəniş sistemlərinin payı durmadan artır

Tokio, 22 iyun , /AJMEDIA/

Azərbaycanda nağdsız ödəniş sistemlərinin payı durmadan artır. Səbəblərdən biri rəqəmsal innovasiyalar dövründə qlobal maliyyə bazarlarının transformasiyaya məruz qalmasıdır. Bu isə öz növbəsində yeni nağdsız ödəniş həllərinin tətbiqi ilə nəticələnir ki, ölkəmiz də bu trenddən kənarda qalmayıb.
AJMEDIA xəbər verir ki, Azərbaycanda ilk rəqəmsal həllərin tətbiqinə 2019-cu ildən etibarən başlanılıb. Tokenizasiyanın tətbiqi ilə atılan ilk addımlar bu gün kifayət qədər ciddi uğurlarla müşayiət olunur. Hesablamalar göstərir ki, 2022-ci ildə kartlarla ölkə daxilində ödənişlərin həcmi 55,980 milyon manat təşkil edib. Bu rəqəm 2023-cü ildə daha da artıb. İlin ilk 3 ayının göstəricilərinə əsasən, ölkədaxili kart ödənişlərinin ümumi dəyəri 17,556 milyon manata çatıb ki, bu da ölkənin rəqəmsal ödəniş ekosistemində əhəmiyyətli artımın göstəricisidir. Nağdsız ödənişlərin həcminin artması rəqəmsal həllərin də çeşidinin çoxalması deməkdir.
Göründüyü kimi, Azərbaycanda 2022-2023-cü illər arasında nağd ödənişlər hələ də əhəmiyyətli paya malik olsa da, nağdsız əməliyyatların davamlı artımı müəssisələr və fiziki şəxslər tərəfindən rəqəmsal ödəniş üsullarının getdikcə daha çox mənimsənilməsindən xəbər verir. Nağdsız ödənişlərə keçid rahatlıq, təhlükəsizlik və gücləndirilmiş şəffaflıq da daxil olmaqla çoxsaylı üstünlüklər təklif edir, ümumi səmərəliliyinə töhfə verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts