Azərbaycanda elektron ticarət dövriyyəsi kəskin artıb

Tokio, 16 dekabr , /AJMEDIA/

Son 5 ildə Azərbaycanda elektron ticarət dövriyyəsinin göstəricilərində kəskin artım müşahidə olunur.
AJMEDIA xəbər verir ki, bu sözləri “PASHA Bank”ın rəsmisi Bəhman Orucov deyib.
O bildirib ki, Azərbaycan bazarında elektron ticarət dövriyyəsi 2017-ci ildə 594 milyona təşkil etsə də, hazırda bu göstərici 14 milyarddan çoxdur: “Burada hökumət ödəniş portalı vasitəsilə dövriyyə də nəzərə alınıb”.
Bəhman Orucov pandemiya dövründə bu sahədə kəskin artım olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, nağdsız ödəmə insanlar üçün daha rahat, şəffaf və təhlükəsizdir. Pandemiya zamanı bu təhlükəsizlik özünü daha aşkar büruzə verdi. Cari ildə də artım tendensiyası davam edir. Dövlət və banklar tərəfindən atılacaq addımlar nəticəsində bu əmsallar daha da inkişaf edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts