Azərbaycan və Türkiyə Qırmızı Aypara cəmiyyətlərinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib

Tokio, 25 oktyabr , /AJMEDIA/

Oktyabrın 25-də Mərkəzi Qan Bankında Azərbaycan və Türkiyə Qırmızı Aypara cəmiyyətlərinin təşkilatçılığı ilə “Canımız bir, qanımız bir” şüarı altında qanvermə aksiyası keçirilib.
AJMEDIA xəbər verir ki, aksiyaya qoşulan Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk iş adamları, Azərbaycanın və Türkiyənin Qızıl Aypara cəmiyyətlərinin üzvləri, tələbələr, könüllülər və s. həvəslə müayinədən keçərək qan veriblər.
İki ölkənin Qırmızı Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı qanverənlər arasında Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan və Türkiyə qardaşlığından bəhs ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts