Azərbaycan və Pakistan iş adamları arasında təcrübə mübadiləsi nəzərdə tutulur

Tokio, 8 iyun , /AJMEDIA/

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AJMEDIA-ya bildirilib ki, tədbirə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, 50-dən çox iş adamı qatılıb.
Konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir çıxış ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Pakistan biznes ictimaiyyətləri arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb, agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, KOBİA ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən xarici sahibkarlara, o cümlədən Pakistandan olan iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması, hər iki ölkənin KOB-ları arasında birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə dəstək göstərə bilər. Agentlik və Pakistanın KOB-ların İnkişafı Təşkilatı arasında əməkdaşlığın qurulması istiqamətində tədbirlər görülür. İş adamları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts