Azərbaycan və İordaniya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Tokio, 18 Sentyabr, /AJMEDIA/

Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov bu ölkənin parlamentariləri ilə görüş keçirib.

AJMEDIA xəbər verir ki, görüşdə iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, parlament üzvlərinin əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

İordaniya parlamentinin Asiya və Sakit Okean ölkələri ilə dostluq assosiasiyasının sədri Əbdülrəhim əl-Maayeh bildirib ki, krallıqla Azərbaycan arasında iki dövlətin başçılarının – Prezident İlham Əliyev və Kral II Abdullanın möhkəm dostluq əlaqələrinə söykənən siyasi münasibətlər mövcuddur. O, dost ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sənəd və memorandum imzalamasının, enerji, turizm və digər istiqamətlərdə əlaqələrin böyük potensialı olduğunu vurğulayıb.

Səfir E.Səlimov qeyd edib ki, Azərbaycanla İordaniya arasında əməkdaşlığın daha da inkişafı üçün bütün imkanlar mövcuddur. O, bu sahədə qanunverici orqanların rolunu xüsusi qeyd edib. Diplomat vurğulayıb ki, dövlət başçıları arasında dostluq və yüksək etimad əlaqələrin genişlənməsi, xüsusən qarşılıqlı sərmayələrin cəlb edilməsində xüsusi əhəmiyyətə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts