Azərbaycan nefti bahalaşıb

Tokio, 23 Noyabr, /AJMEDIA/

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 81,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.

Bu barədə AJMEDIA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 77,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 81,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts