Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 41 faiz artıb

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artıb.

AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr, Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edilib: “İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts