Azərbaycan Finlandiyada keçirilən mədəniyyət günündə təmsil olunub

Tokio, 26 aprel , /AJMEDIA/

Finlandiyanın Espoo şəhərindəki Etelä-Tapiola liseyində müxtəlif ölkələrin mədəniyyət günü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, liseyin 17 yaşlı tələbəsi Mona Savojifarın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, rəsm əsərləri, xalçalar, geyimlər və suvenirlər nümayiş etdirilib.
Milli geyimli soydaşımız tədbir iştirakçılarına ölkəmizin tarixi barədə ətraflı məlumat verib, milli rəqs ifa edib, milli mətbəx nümunələrimizin hazırlanması qaydalarını göstərib.
Qeyd edək ki, Mona Savojifar Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının üzvüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts