Azərbaycan beynəlxalq öhdəliklərini həmişə yerinə yetirib

Tokio, 18 yanvar, /AJMEDIA/

Azərbaycan beynəlxalq öhdəliklərini həmişə yerinə yetirib və bundan sonra da icra edəcək.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov yanvarın 18-də “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu” kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

Ç.Əsgərov bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə dünyada Azərbaycanın nüfuzunu daha da artırıb. Bu da ona rəvac verir ki, digər ölkələrin vətəndaşları, o cümlədən sığınacaq axtaran şəxslər də Azərbaycanda yaşamaq istəyəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts