Ayşə Kəşir: Əməkdaşlığımızın faydalılığı bütün türk dünyasını əhatə edir

Tokio, 22 aprel , /AJMEDIA/

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə Ankarada səmərəli müzakirələr apardıq. Maraq və dəyərlərimizə ortaq yanaşma çox əhəmiyyətlidir.
AJMEDIA xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadın Təşkilatının sədri Ayşə Kəşir bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə AK Partidə keçirilən görüşü dəyərləndirərək mediaya açıqlamasında bildirib.
Ədalət və İnkişaf Partiyasının rəsmisi bildirib ki, əməkdaşlığımızın faydalılığı bütün türk dünyasını əhatə edir.
Xatırladaq ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qarşılıqlı təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədilə Ankaraya səfər edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts