“Ay çiçəyi qatilləri” filminin təqdimatı təxirə salınıb

Tokio, 28 iyul , /AJMEDIA/

Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert De Niro və Leonardo Di Kaprionun yer aldığı “Ay çiçəyi qatilləri” filminin nümayişi 2023-cü ilə qədər təxirə salınıb.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsəri qarşıdan gələn kino mükafatları mövsümünə vəsiqə qazanmaq üçün 2022-ci ilin sonuna qədər tamaşaçılara təqdim edilməli idi, ancaq indi onun premyerasının 2023-cü ildə olacağı açıqlanıb. Ola bilsin ki, rejissor M.Skorseze həmin filmi böyük kinofestivallardan birində – Kanda təqdim edəcək.
Qeyd edək ki, “Ay çiçəyi qatilləri” filmi Devid Qrannın romanının motivləri əsasında çəkilib. Filmdəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.
Filmdə rollara Robert De Niro, Leonardo Di Kaprio, Cessi Plemons, Brendan Frayzer və digər tanınmış aktyorlar çəkiliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts