Aviasiya dünyasına səyahət: AZAL və “YAŞAT” Fondu şəhid övladları üçün ekskursiya təşkil edib

Tokio, 25 aprel , /AJMEDIA/

AZAL-ın və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya reallaşdırılıb.

Zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin, onlara hava limanının fəaliyyətində iştirak edən xidmətlərin işi barədə məlumat verilib.

Belə ki, gənc qonaqlar hava gəmilərinə texniki xidmət anqarını ziyarət edib, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.

Ekskursiyanın kulminasiyası kimi “Boeing 787 Dreamliner” hava gəmisinə baş çəkən iştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Onlar hava gəmisinin pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ekskursiyanın necə keçirildiyinə dair videoçarxla linkdən tanış ola bilərsiniz:

KCs”>https://www.youtube.com/watch?v=j7JDKwe-KCs

Follow us on social

Facebook Twitter Youtube

Related Posts