Aprelin 19-da bəzi yerlərdə 23-25 dərəcə isti olacaq

Tokio, 18 aprel , /AJMEDIA/

Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts