Aprelin 18-də Azərbaycanda COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb

Tokio, 18 aprel , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 830 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 216 nəfər müalicə olunaraq sağalıb, 10 min 217 nəfər vəfat edib. Aktiv xəstə sayı 485 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1321, bu günə qədər isə ümumilikdə 7 milyon 578 min 265 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts