Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub

Tokio, 5 may , /AJMEDIA/

Ankara şəhərində poeziya dünyamızın nadir simalarından Azərbaycan xalqının istiqlal mübarizəsində layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim Əhməd Cavadın heykəli ucaldılıb.
AJMEDIA xəbər verir ki, bu münasibətlə Türkiyə paytaxtında yerləşən Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın anım və heykəlin açılış mərasimi keçirilib.
Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts