ANAMA: Ötən həftə 97 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tokio, 27 dekabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

AJMEDIA xəbər verir ki, ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, dekabrın 20-dən dekabrın 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 25 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 97 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts