ANAMA: Ötən həftə 78 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tokio, 13 dekabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

AJMEDIA xəbər verir ki, ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, dekabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts