ANAMA: Ötən həftə 70 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tokio, 6 Dekabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AJMEDIA-ya bildiriblər ki, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 70 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts