AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 7 fevral, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində əməkdaşlığın müzakirəsi məqsədilə onlayn görüş keçirilib.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, tərəflər təmsil etdikləri təşkilatların strukturu, elmi potensialı, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və əldə edilmiş nailiyyətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə müştərək tədqiqatların həyata keçirilməsi, mükəmməllik mərkəzlərinin yaradılması, kadr və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. Əməkdaşlığın səmərəli təşkili üçün işçi qrupun yaradılması və iki tərəf üçün maraq kəsb edəcək və prioritet istiqamətləri əhatə edəcək müştərək tədqiqatlar üzrə fəaliyyət planının hazırlanmasına dair təkliflər irəli sürülüb.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva və həmin şöbənin baş mütəxəssisi Məlahət Qurbanova, Lahor Dövlət Kollec Universiteti tərəfindən isə professorlar Riaz Əhməd, Əhməd Adnan, Tehreema İftixar, Saima və dosent Hafiz Hayder Ali iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts