“Air Astana” aviaşirkəti Bakıdan Nur-Sultana uçuşlar planlaşdırır

Tokio, 12 yanvar, /AJMEDIA/

Qazaxıstanın “Air Astana” aviaşirkəti Tbilisi və Bakıdan Nur-Sultan hava limanına uçuşlar yerinə yetirməyi planlaşdırır.

AJMEDIA xəbər verir ki, Tbilisidən uçuşlar yanvarın 12,14 və 16–da, Bakıdan uçuşlar isə yanvarın 13-də və 16-da gözlənilir.

İlk növbədə, təyyarəyə əvvəllər ləğv edilmiş reyslərdən sərnişinlər qəbul ediləcək.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edib. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts