Abdulla Qurbani: AZƏRTAC Vətən müharibəsi zamanı informasiya savaşında ön sıralarda idi

Tokio, 26 yanvar, /AJMEDIA/

AJMEDIA xəbər veir ki, AZƏRTAC Vətən müharibəsi zamanı informasiya savaşında ön sıralarda idi. Müharibə vaxtı ən doğru xəbərləri AZƏRTAC çatdırırdı. Buna görə AZƏRTAC-ın hər bir əməkdaşına minnətdaram.

Bunu Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani Daşaltı əməliyyatının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə AZƏRTAC-a müsahibəsində deyib.

Otuz ildən sonra Daşaltıya Qələbə əhvali-ruhiyyəsində gəldiyini söyləyən Abdulla Qurbani deyib: “Bu gün biz Birinci Qarabağ müharibəsinin uğursuz Daşaltı əməliyyatının 30-cu ildönümü ilə əlaqədar buradayıq. Lakin bu dəfə Daşaltıya tamamilə başqa – Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı yüksək əhvali-ruhiyyədə gəlmişik. Bu torpaqlara qalib ölkənin vətəndaşları, qalib ordunun hərbçiləri kimi ayaq basırıq. Ətrafa baxın, artıq Daşaltının qarı əriyir. Lakin 1992-ci ilin qışında tamamilə başqa mənzərə idi. Həmin gün sanki təbiətdən də faciə qoxusu gəlirdi. Ordu təzə yaradılırdı, vahid komandanlıq yox idi, sovet ordusundan qalmış silah-sursat istifadəyə yararsız idi. Amma İkinci Qarabağ müharibəsində vəziyyət tamamilə başqa idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu elə bir taktika ortaya qoydu, rəşadət göstərdi ki, torpaqlarımız qısa vaxtda düşmən tapdağından azad edildi və Vətən torpağı azad nəfəs aldı, burada Xarıbülbüllər boy atdı, sarı bülbüllər cuşa gəldi”.

Mühüm strateji mövqedə yerləşən Daşaltı kəndinin Şuşa uğrunda döyüşlərdə açar rolunu oynadığını vurğulayan polkovnik bildirib: “Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı ermənilərin Şuşanı işğal etmələri üçün bir açar idisə, Vətən müharibəsində də Daşaltının azad edilməsi Şuşanın işğalçılardan təmizlənməsində açar oldu. Haqq savaşımızda mətanətlə vuruşan, igidlik göstərən hər bir əsgər və zabitimizin qəhrəmanlığı böyük dastan, əfsanədir. Hərbçilərimiz canlarından keçdilər, son güllələrinə qədər vuruşdular ki, biz əzəli torpaqlarımıza qovuşa bilək. Bu gün biz Vətən övladlarının şəhadətləri ilə tarix yazdıqları, bu yerlərdə ali zirvəyə ucaldıqları müqəddəs məkandayıq. Burada düşmənin güclü müdafiə istehkamı, xeyli sayda texnikası və çoxlu sayda qüvvələrinin olmasına, güllə və mərmilərin yağış kimi yağmasına baxmayaraq, əsgər və zabitlərimiz ancaq irəli getdilər. Daşaltı əməliyyatında yaralanan hərbçilərimiz təxliyə olunmaqdan imtina edirdilər. Onlar təxliyə edilməkdən daha çox, ən əsas arzularına qovuşmaq istəklərini dilə gətirərək deyirdilər: “Yaralı olsaq da, aparın, biz də Şuşanı görək. Vətən müharibəsində canlarından keçən belə igid şəhidlərimizin əziz xatirələrini daim uca tutub onların ruhu qarşısında baş əyirik. Onların ailə üzvlərinə, doğmalarına başsağlığı veririk, qazilərimizə şəfa diləyirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts