Əzizə Cəfərzadənin 100 illik yubileyi ilə əlaqədar görüş keçirildi

Tokio, 7 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyi ilə əlaqədar yazıçının oğlu dr. Turan İbrahimovla görüş keçirildi.

Tədbirdə T.İbrahimov Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi.

Əməkdaşlarla xatirələrini bölüşən
T.İbrahimov bildirdi ki, yazıçının ədəbi yaradıcılığının əvvəllər latın qrafikası ilə böyük tirajla nəşr olunmuş üç kitab istisna olmaqla (“Aləmdə səsim var mənim”, “Eldən elə”, “Zərrintac-Tahirə”) demək olar ki, əksəriyyəti latın qrafikasına son illərdə çap edilmişdir. Bundan əlavə, gözdən əlil, latın əlifbasını hələ də yaxşı oxuya bilməyən soydaşlarımız və eləcə də Cənubi Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan türklərini nəzərə alaraq beş kitab – “Bakı-1501”, “Natəvan haqqında hekayələr”, “Gülüstan”dan öncə”, “Eşq sultanı” və “Aləmdə səsim var mənim” əsərləri “Audiokitab” mobil tətbiqində oxuculara, dinləyicilərə təqdim edilmişdir.

Əzizə Cəfərzadənin hər bir kitabı haqqında qururla danışan oğlu ona vəsiyyət olunmuş ev arxivinin elektron formata salınaraq elmi-tədqiqat işləri görmək istəyənlər üçün qapısı açıq olduğunu bildirdi.

Sonda dr.Turan İbrahimov yazıçının “Eşq sultanı”, “Gülüstan”dan öncə”, “Uşaq hekayələri”, “Anamın nağılları”, “Seçilmiş əsərləri” ( I-XII cildlər) və başqa kitablarının habelə Ə.Cəfərzadə haqqında yazılan “Azərbaycan ədəbiyyatının sönməz məşəli: Əzizə Cəfərzadə – 100” məqalələr toplusunu, “Əzizə Cəfərzadə. Biblioqrafiya” kitablarını kitabxanaya hədiyyə etdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts