Əhməd İsmayılov: Rəqəmsal medianın inkişaf etdirilməsi qarşıya qoyulan məqsədlərdən biridir

Tokio, 24 yanvar, /AJMEDIA/

Elm və texnologiya inkişaf edir. Qarşıya qoyulan məqsədlərdən biri də rəqəmsal medianın inkişaf etdirilməsidir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov yanvarın 24-də media nümayəndələri üçün təşkil edilmiş “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərin açılış mərasimində deyib.

Əhməd İsmayılov vurğulayıb ki, son dövrlərdə sosial şəbəkələrin təsirinin artması danılmazdır. Media sahəsində rəqəmsallıq, sosial şəbəkələrlə iş və peşəkarlıq vəhdət təşkil etməlidir.

O qeyd edib ki, jurnalistin adi vətəndaşdan fərqi hadisələrin obyektiv və qərəzsiz təqdim olunmasıdır. Burada maarifləndirmə də mühüm şərtdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts