“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu “Bir qəlbi də sən isit” aksiyasına qoşuldu

Tokio, 25 dekabr , /AJMEDIA/

“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu Yeni il münasibətilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramına qoşularaq “Bir qəlbi də sən isit” aksiyası çərçivəsində sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirilməsinə kömək göstərdi.
AJMEDIA xəbər verir ki, qaliblər və İşçi qrupu 100 nəfərə yaxın azyaşlının əvvəlcədən “ASAN Məktub” vasitəsilə daxil olan istəkləri əsasında hədiyyələr hazırlayıb. Hazırlanan 96 hədiyyə dekabrın 24-də təyinatı üzrə artıq bölgələrə göndərilib.
Yeddi ildən çoxdur ki, respublika ərazisindəki uşaq evlərində, aztəminatlı ailələrdə yaşayan və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları “ASAN Məktub” layihəsi vasitəsilə həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts