“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçiriləcək

Tokio, 24 aprel , /AJMEDIA/

Aprelin 30-da “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçiriləcək.
AJMEDIA xəbər verir ki, qabiliyyət imtahanı 3 test üzrə aparılır. Abstrakt düşünmə bacarığının yoxlanılması üçün 25 sual, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üçün 25 sual, verbal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması üzrə 25 sual, 6 mətn olmaqla ümumi 75 sual təqdim ediləcək.
Bu mərhələ onlayn şəkildə olacaq. İnternet bağlantısı olan kompüterlə (notbukla) istənilən məkandan imtahana qatıla bilərsiniz. Qeyd edək ki, imtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts