Yoşimasa Hayaşi: Tokio G20-nin bitərəf ölkələrini Moskvaya qarşı sanksiyalara təşviq edəcək

Tokio, 12 iyul , /AJMEDIA/

Yaponiya hökuməti G20-yə daxil olan və Ukrayna məsələsində bitərəf mövqe tutan ölkələri Rusiyaya qarşı sanksiyalara təşviq edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi iyulun 12-də keçirilən mətbuat konfransında bildirib.
“Rusiyaya qarşı sanksiyaların səmərəliliyini artırmaq üçün ölkəmiz G7 ölkələri başda olmaqla beynəlxalq ictimaiyyətlə birlikdə müvafiq tədbirlərin davam etdirilməsi niyyətindədir. Bundan əlavə, G20 ölkələri çərçivəsində biz bitərəf ölkələri Moskvaya qarşı sanksiyalara təşviq edəcəyik”, – deyə nazir vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts