Yeni Zelandiyadakı icmamız əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyib

Tokio, 18 aprel , /AJMEDIA/

Yeni Zelandiyada fəaliyyət göstərən “Azəri” Yeni-Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, cəmiyyətin adından Yeni Zelandiya parlamentinin üzvlərinə və media mənsublarına ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.
Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunub.
Yeni Zelandiya ictimaiyyətindən və müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts