Yeni Azərbaycan Partiyası nümayəndə heyəti Türkiyədə səfərdədir

Tokio, 29 fevral , /AJMEDIA/

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər edib.

YAP-dan AJMEDIA-ya bildirilib ki, nümayəndə heyəti Türkiyə Respublikası Prezidentinin himayəsi ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq” mövzusunda III Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.

YAP nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts