Yaşı 60-dan yuxarı olan müəllimlərin nəzərinə

Tokio, 18 iyun , /AJMEDIA/

Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, buna müvafiq olaraq həmin təhsilverənlərin iyunun 20-dən 24-dək keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.
Qeyd edək ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts